AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kreml: Zəngəzur dəhlizi Bakı və İrəvanın suveren işidir

  • + A
  • - A
  • Dünən, 13:18

    Kreml: Zəngəzur dəhlizi Bakı və İrəvanın suveren işidir

    Zəngəzur dəhlizi məsələsi tamamilə Azərbaycan və Ermənistanın səlahiyyətinə aiddir və onu həll etmək bu iki ölkənin üzərinə düşür. Azadmedia.az rusdilli kiv-lərə istinadən xəbər verir ki, bunu Kreml bildirib.
    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Zəngəzur dəhlizinin mövzusu Bakı və İrəvanın suveren işidir.

    “Biz Azərbaycan və Ermənistan arasında danışıqları tam dəstəkləyirik” - Peskov deyib.

    Kreml nümayəndəsi vurğulayıb ki, Moskva Azərbaycan və Ermənistan tərəflərinin tezliklə sülh müqaviləsini imzalamasını istəyir.

    Xatırladırıq ki, Ermənistan hökuməti ABŞ-la bağlandığı, ona əsasən Amerika şirkətinin Zəngəzur dəhlizinin operatoru kimi çıxış edəcəyi iddia edilən sövdələşmə ilə bağlı xəbərləri təkzib edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR