AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib

  • + A
  • - A
  • Bu gün, 08:47

    Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib

    Tailand Ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.

    Bu barədə AFP agentliyi Tailand Ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

    "Atəşkəs elan edildikdən sonra Fu Makua bölgəsində Kamboca tərəfinin yaratdığı iğtişaşlar barədə xəbərlər daxil olub və bu, iki tərəf arasında bu səhərə qədər davam edən atışma ilə nəticələndi", - AFP ordunun sözçüsü Riç Suksuvanondan sitat gətirib.

    Bundan əvvəl Malayziyanın baş naziri Ənvər İbrahim Kuala-Lumpurda Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında keçirilən danışıqların yekunu olaraq Asiya ölkələri arasında barışıq elan edib. Tailand və Kamboca arasındakı sərhəd bölgəsində atəşkəs 5 günlük hərbi toqquşmalardan sonra iyulun 28-də bazar ertəsi qüvvəyə minib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR