AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 08:53

    III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

    III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

    Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

    Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.

    Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

    Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.

    Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

    Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR