AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli iş adamı qətlə yetirildi

  • + A
  • - A
  • 14-01-2026, 07:48

    Türkiyəli iş adamı qətlə yetirildi

    Efiopiyada iki Türkiyə vətəndaşı – Ərdoğan Akbulak, Cengizhan Güngör və onların efiopiyalı sürücüsü hücuma məruz qalaraq həlak olublar.

    Hadisə turist səfəri zamanı baş verib.

    Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran bildirib ki, həmin səfərdə dörd Türkiyə vətəndaşı iki nəqliyyat vasitəsində səyahət edib və ön nəqliyyat vasitəsində olan iki nəfər hücumdan xilas ola bilib. Sağ qalan şəxslər və həlak olanların cəsədləri Əddis-Əbəbəyə gətirilib.

    Səfir əlavə edib ki, Efiopiya hakimiyyəti hücumla bağlı xüsusi qrup yaradaraq araşdırmalara başlayıb.

    Hücumda ölən 75 yaşlı Ərdoğan Akbulak Türkiyədə tanınmış iş adamıdır. O, “Silkar Mədənçilik” şirkətinin İdarə Heyətinin rəhbəri olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR