Rusiyanın ordusunun Ukraynanın Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb.
Bu barədə “RBK-Ukrayna” Donetsk Vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Prokurorluğun açıqlamasına görə, mərminin fərdi yaşayış evinə düşməsi nəticəsində üç qardaş ölüb. Hadisə zamanı onların anası və nənəsi isə yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.