AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dmitriyev Cenevrədə ABŞ nümayəndələri ilə danışıqlar aparıb

  • + A
  • - A
  • Dünən, 22:55

    Dmitriyev Cenevrədə ABŞ nümayəndələri ilə danışıqlar aparıb

    Kirill Dmitriyev amerikalı nümayəndələrlə danışıqları yekunlaşdırıb. Görüş Cenevrədəki otellərin birində baş tutub.
    Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, Amerika Birləşmiş Ştatlarının nümayəndələri ilə danışıqların keçirildiyi Cenevrədəki oteli tərk edib.
    Məlumata görə, əvvəlcə oteldən ABŞ nümayəndələri ayrılıb. Dmitriyev isə yerli vaxtla təxminən saat 18:30-da (Moskva vaxtı ilə 20:30) çıxıb. RİA Novosti xəbər verir ki, o, orada iki saatdan çox vaxt keçirib.
    Keçirilən danışıqların təfərrüatları hələlik məlum deyil. Daha əvvəl Rusiya Federasiyası və ABŞ nümayəndələrinin görüşünün Cenevrənin "Four Seasons" otelində keçirildiyi bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR