İdarə Heyətinin sədri Vüsal Nəsirli Naftalan şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli martın 18-də Naftalan şəhəri və Goranboy rayonunun sakinlərini qəbul edib.
Qəbuldan əvvəl İdarə Heyətinin sədri Vüsal Nəsirli və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.
Görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
#aayda #vətəndaşqəbulu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.