Maliyyə təşkilatlarının işləməsinə icazə verildi
Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimində maliyyə təşkilatlarının fəaliyyətinə icazə verilib.
AzadMedia.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.
Qərara əsasən, banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar yaxın 2 həftə ərzində fəaliyyət göstərə bilərlər.