İctimai iaşə obyektləri bağlansa da, çatdırılma xidmətinə icazə var.
AzadMedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu istehsalla məşğul olan şirkətlərə də aiddir. Bunun üçün icazə portalında qeydiyyatdan keçərək, logistika xidməti göstərə bilərlər", - o bildirib.
Ülvi Mehdiyev əlavə edib ki, test nəticəsi pozitiv çıxıb, evdə müalicə olunan şəxslər SMS icazə ala bilməyəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.