Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.
APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.
Qeyd edək ki, dünən deputat Sahib Alıyev APA -ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.