Son 24 saatda Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb (indiyədək bir gündə qeydə alınmış ən böyük yoluxma faktı), 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 9103 koronavirus testi aparılıb.
Xatırladaq ki, 23 iyunda 508 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.