Su anbarında 1 nəfər batdı: Axtarış başa çatdı...
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.
Azadmedia.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Səmkirçay su anbarında 2003-cü il təvəllüdlü Süleymanov Tofiq Müsəllim oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, T.Süleymanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.