Bu ilin üçüncü Ay tutulması olub - YENİLƏNİB
Dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunub.
“Rerpot” xəbər verir ki, saat 07:07-dən başlayan yarımkölgəli Ay tutulması saat 08:31-də maksimum həddə müşahidə edilib və saat 09:52-də başa çatıb.
Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilib. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünüb.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.
***07:10
İlin üçüncü Ay tutulması hadisəsi başlayıb.
“Report” xəbər verir ki, yarımkölgəli Ay tutulması hadisəsi saat 09:52-də sona çatacaq.
Tutulmanın maksimumu saat 08:31-də müşahidə olunacaq.
Bu təbiət hadisəsini cənub-qərbi Avropa, Afrikanın və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
Məlumat üçün bildirək ki, sonuncu, 4-cü Ay tutulması noyabrın 30-da baş verəcək.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq.