Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən – iyulun 10-da Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərarı imzalayıb.
Azadmedia.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Türkiyə xalqına etdiyi müraciətdə Prezident 86 ildən sonra – iyulun 24-də Ayasofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görüldüyünü bildirib.
R.T.Ərdoğan məbədə ödənişli girişin də ləğv edildiyini, onun qapılarının qeyri-müsəlmanlara da hər zaman açıq olacağını qeyd edib.
"Bütün məscidlərimiz kimi, Ayasofyanın da qapıları hamıya açıq olacaq; yerli və xarici, müsəlman və qeyri-müsəlman" -deyən Türkiyə lideri dünyaya tarixi mesaj verib:
"Ayasofyanın dirilişi- Məscidül-Əqsanın(müsəlmanların Qüdsdə yerləşən ilk qibləsi və 3-cü müqəddəs məkanı-S.L.) azadlığa qovuşmasının müjdəçisidir. Müsəlmanların ətalətdən dönüşünün ayaq səsləridir. Ayasofyanın dirilişi - bütün məzlumların, əzilmişlərin ümid atəşinin yenidən alovlanmasıdır... "
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.