Azərbaycanda tanınmış iqtisadi saytlardan olan marja.az fəaliyyətini dayandırıb.
AzadMedia.az xəbər verir ki, bu barədə saytın son məlumatında qeyd edilib.
Məlumatda deyilir: "Hörmətli oxucular, müştərilər və tərəfdaşlar.
Marja.az portalı təsisçisinin qərarı ilə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır. Ötən müddətdə Marjanı oxuyan, dəstək verən hər bir kəsə təşəkkürümüzü bildiririk.
Müştərilərə hesablaşmalar haqqında əlavə məlumat veriləcəkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.