“Erməni təxribatına cavab bir daha Azərbaycan Ordusunun gücünü göstərdi” Məşhur Məmmədov
“Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəs rejiminə əməl etməyərək hərbi hissələri təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribatlar törədiblər. Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozması bu ölkənin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Məşhur Məmmədov deyib.
M.Məmmədov erməni quduzlarının növbəti dəfə iyulun 12-də günorta saatlarından başlayaraq dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduqlarını və bununla da bir daha aciz durma düşdüklərini bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan Tovuz rayonunu hücum obyekti seçməklə bir daha onu göstərir ki, Paşinyan riyakar və qorxaq olduğu üçün KTMT-nin çətiri altında gizlənməklə öz işğalçılıq “siyasətini həyata” keçirmək istəməsidir. Ancaq onun məkrli niyyəti baş tutmadı: “Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir çox mühüm məsələlərə toxundu. Dövlət başçımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını, həmçinin işğalçı dövlətin baş nazir Paşinyanın faşizm, riyakar və qorxaq olduğunu bir daha ifşa etdi. Xüsusilə də, ötən günlər ərzində tam aydın oldu ki, Ermənistan Tovuz rayonu ilə sərhəddə məqsədyönlü şəkildə təxribat təşkil edib. Bu təxribatın da məqsədi Azərbaycanı guya Ermənistan ərazilərinə hücum edirmiş kimi göstərmək, beləliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etmək, nəticə etibarilə bu təşkilata aid olan dövlətlərin hərbi gücünü Azərbaycana qarşı çevirmək idi. Yəni söhbət ilk növbədə Rusiya Silahlı Qüvvələrindən gedir. Amma bu küçə “demokratın” planlaşdırdığı provokasiya bütün istiqamətlər üzrə tam iflasa uğradı. Azərbaycan ordusu erməni ordusunun “burnunu” yaxşıca ovdu, ona yaxşı bir dərs verdi. Həmçinin, hamı gördü ki, hücum edən tərəf Ermənistandır. Bu səbəbdən də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın KTMT-yə etdiyi müraciət də qəbul edilmədi, yəni, faktiki olaraq KTMT-nin Daimi Şurasının iclası baş tutmadı. Göründüy kimi, yenə də baş verən bu hadisələrin arxasında erməni hiyləsi, erməni təxribatı və Azərbaycana yönəlmiş çox mənəviyyatsız hərəkətlər dayandığı bir daha aydın göründü və artıq bütün dünya da bu məsələlərin əsl mahiyyətini bilir”.
“Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi. Bu həmişə belə olub, bundan sonra da erməni quduzlarının burnunu əzməklə onlara yerini göstərəcək”, - deyən M.Məmmədov Tovuz rayonu istiqamətində baş vermiş hadisə də ermənilərin məkrli siyasətini və Azərbaycanın beynəlxalq səviyyədə uğurlarından yanıb-alışan oğru satqın işğalçı ölkənini rəhbərləri, o cümlədən Paşinyan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır: “Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildir. Ancaq anlamır ki, istər Aprel döyüşlərində, istər Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi torpaqlarımızın azad edilməsi uğrunda gedəcək son döyüşdə də qələbə Azərbaycanın olacaq, yenə də məğlubiyyət onların”.
M.Məmmədov 14 iyul mitinq yürüşü zamanı bəzi anti-milli ünsürləri törətdikləri təxribatla bğlı bildirib ki, bu düşmən dəyirmanına su tökən, öz xislətindən əl çəkməyərək ordumuzun və rəhbərimizin yanında olmaq əvəzinə təxribatçılıqla məşğul olan, ermənilərin əlinə oynayan, dövlət müstəqillyimizin qəsdinə duran qüvvlərin tapşırığını canfəşanlıqla yerinə yetirən, vətəninə və xalqına xəyanət edənlərdir. Dövlət başçımız da müşavirə zamanı belə təxribat törədənlər haqqında ciddi tədbirlərin görülməsini deyib: “Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək”.
M.Məmmədov sonda onu da vurğulayıb ki, düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!