AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ danışıqları bu halda bərpa edilə bilər

  • + A
  • - A
  • 18-07-2020, 09:23

    Qarabağ danışıqları bu halda bərpa edilə bilər[spoiler][/spoiler]


    Ermənistan sərhəddə bu cür aqressiv davranışlar sərgilədiyi müddətdə danışıqlardan söhbət belə gedə bilməz. Əgər danışıqlar prosesi yenidən bərpa olunacaqsa, bu zaman masaya oturanlar birmənalı şəkildə işğalçı ilə işğala məruz qalanı bir statusda görməməlidir.

    Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin etməsi ilə əlaqədar videoformatda qəbul edərkən çıxışını və verdiyi tapşırıqları şərh edərkən deyib.

    O vurğulayıb ki, münaqişənin həllində bizim mövqeyimizdə heç bir dəyişiklik ola bilməz:

    “Prezidentin “mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır” sözləri ölkə başçısının mövcud durumdan narahat olduğunu göstərir. Faktiki olaraq bu gün danışıqlar prosesi Ermənistanın lehinədir. Çünki 30 ildir uzadılan bu proses status-kvonun saxlanmasından başqa bir şey vəd etmir. Azərbaycan işğala məruz qalmış bir ölkədir. Belə bir reallıq ola-ola 30 il münaqişəni danışıqlar adı altında uzatmaq faydasızdır”.

    Politoloq deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi də tamamilə iflasa uğradı:

    “Ermənistanda hakimiyyət dəyişməsinin bu ölkənin işğalçı mahiyyətini dəyişmədiyini hamı bilir. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi faktiki olaraq danışıqların iflasına gətirib çıxardı. İşğal olunmuş torpaqlara vaxtaşırı səfərlər, Azərbaycan əleyhinə antikampaniyalar, işğalçı siyasəti ifşa edən bəyanatlar münaqişənin danışıqlar yolu ilə həllinin olmadığını göstərdi. Bu mənada ölkə başçısının çıxışından bu qənaətə gəlmək olar ki, son hadisələrin fonunda iki ölkənin yenidən danışıqlar masasına oturması üçün Ermənistan aqressiyadan imtina etməli, masada konkret həll planı olmalı, eyni zamanda, münaqişə tərəfləri hüquqi baxımdan “işğalçı” və “işğala məruz qalan” tərəf kimi qiymətləndirilməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR