Azərbaycanda koronavirusdan dünyasını dəyişən həkimlərin - Siyahısı
Covid-19 pandemiyası ilə mübarizə dövründə itirdiyimiz həkimlərin siyahısı hazırlanıb.
AzadMedia.az xəbər verir ki, siyahını sosial şəbəkə hesabında Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl paylaşıb.
Həmin siyahını təqdim edirik:
1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.
2. Kəmalə Dəhqani - Gəncə şəhəri. Uşaq nevroloqu
3. Kamil Əliyev - Astara MRX Cərrah
4. Mehman Hüseynov - Gəncə ş. Ortoped-travamotoloq
5. Ceyhun Hacıyev - Bakı ş. Anestezioloq-reanimatoloq
6. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.
7. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanası
8. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
9. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu
10. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi.
11. Zakir Xəlilov Bakı şəhər TTYS - nın həkimi
12. Qəşəm Hüseynov - Bakı şəhər TTYS - nın həkimi
13. Surxay Quliyev - Gəncə şəhər TTYS - nın həkimi
14. Surət Abbasov - Gəncə şəhər TTYS - nın həkimi
15. Cəmşid Abbasov - Gəncə şəhər TTYS -nın həkimi
16. İbadət Ağayev - Cəlilabad TTYS -nin həkimi
17. Ruhiyyə Kərimova - Bakı ş. Kardioloq
18. Tahir Bababəyli - İstanbul, Başakşehir Kayabaşı mahallesi.
19. Tərlan Hüseynli - Mingəçevir ş. Stomatoloq
20. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana. Pediatr.
21. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz Həkim-reanimatoloq
22. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi
23. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq
24. Sədaqət Həsənova - Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı
25. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası Ortoped-Travmatoloq