Ötən 6 ay ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 438, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.
AzadMedia.az bildirir ki, bunu Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov iyulun 21-də videokonfrans formatında keçirilən Kollegiya iclasında deyib.
Nazir müavini qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox və ya 1 ton 67 kiloqram narkotik vasitə çıxarıldığını, 91 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini Kollegiya iştirakçılarının nəzərinə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.