Erməni təbliğat aparatları ötən gün Moskvada azərbaycanlıların ermənilərə hücum edib döydüyü və buna görə 50 soydaşımızın həbs edildiyi haqda məlumat tirajlamaqdadır. İstinad isə Rusiya Erməniləri İttifaqının yaydığı bəyanatdır.
Rusiyadakı Azərbaycan disporlarından Axar.az-a daxil olan məlumatda isə bildirilir ki, Moskvada ermənilərin döyülməsində iştirak edən 50-dən çox azərbaycanlının saxlanılması ilə bağlı Rusiya Erməniləri İttifaqının yaydığı məlumat yalandır.
“Ötən gecə erməni radikal qruplar azərbaycanlılara hücum etdi. Hadisə yerinə polis gəldi və insidentin bütün iştirakçıları saxlanıldı. Saxlanılanlar arasında 6 erməni və 7 azərbaycanlı var. Polis gələn kimi ermənilərin bir qismi qaçıb aradan çıxa bildi”, - məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.