AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib

  • + A
  • - A
  • 6-08-2020, 16:32

    Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib

    “Palmali” şirkətlər qrupunun 20-yə yaxın tankeri İtaliya, Türkiyə, Livan və Misirdə gəmi sahibi tərəfindən tərk edilib.

    TASS bu barədə Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) müfəttişi Olqa Ananyinanın açıqlamasına istinadla xəbər yayıb.

    “Bu şirkətin (Palmali) tankerləri bütün dünyada tərk edilib... Dünyada bu tankerlərdən təxminən 20 ədəddir. Beş və ya altısı İtaliyada, təxminən 15-i hazırda Türkiyədə, biri Beyrutda, biri Süveyşdədir”, - deyə O.Ananyina qeyd edib.

    Onun sözlərinə görə, “Palmali” şirkətinə məxsus tankerlərlə bağlı vəziyyət şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun FETÖ (Türkiyədə terrorçu qrupların siyahısına daxil edilib - red.) ilə əlaqəli olması səbəbindən həbs edilməsindən sonra kəskinləşib.

    O.Ananyina “Nəticədə, bütün dünyada heyətlər tərk edilib” deyərək, sözlərini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR