Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan bu şəxslər də cərimələndi
Prezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bir çox tanınmışlarla yanaşı, digərləri də qanunvericiliyə uyğun olaraq cərimələniblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin toyda iştirak edən qonaqlardan daha 17 nəfər cərimələnib.
Onlar polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.
Modern.az cərimələnən qonaqların fotolarını təqdim edir: