AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü

  • + A
  • - A
  • 28-08-2020, 16:13

    Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü


    Səhhətində yaranan problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb.

    Yenisabah.az-a danışan rejissor Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirib:

    “Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir.

    Özümü pis hiss edirdim, zəifləyirdim. Hazırda sistem qoyulub. Mədə-bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndəriləcəyəm. Anar Ələkbərova dərin təşəkkürümü bildirirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR