Xalq artisti Vilayət Eyvazova müraciət etdi - Səbəb
“Qanım dondu. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, bu kəs, birmənalı olaraq, cəhənnəm odunda yanacaq”.
Modern.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə anasını təhqir edən polislə bağlı yazıb:
Sənətçi sosial şəbəkədə yayılan videodan sonra həmin şəxsi sərt tənqid edib:
"Təsadüfən bu video "Feysbuk"da qarşıma çıxdı. Kaş görməmiş olaydım. Bizim vəzifəmiz onu bu dünyada da məsuliyyətə cəlb etməkdir. İddia edilir ki, doğma, yaşlı anasının evinə gələrək, onu təhqir edən və xəsarət yetirmək istəyən bu şəxs - Bakı şəhər BPİ-nın BDYP əməkdaşıdır. Sosial mediada bir çox mənbələrdə hətta adı da qeyd olunub. Bu qəbulolunmaz, əxlaqsız rəftarı Azərbaycan kişisinə, polis əməkdaşının etik davranış qaydalarına zidd, nalayiq hesab edirəm.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, rica edirəm ki, bu hadisə ilə bağlı araşdırma keçirəsiniz".
Qeyd edək sözügedən şəxsin Bakı şəhər BPİ-nın BDYP əməkdaşı olduğu qeyd edilir.