Sabiq xanım deputat yenidən tələbə adını qazanıb

Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova ikinci dəfə tələbə adını qazanıb.
J.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə əlavə təhsil almağa başladığını yazıb.
"Daha bir başlanğıc", - deyə o paylaşımında deyib.
J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.