Müəllimlərə köməkçilər verilir - qanun dəyişdirilir
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.
AzadMedia.az xəbər verir ki, dəyişikliklə qanunun əsas anlayışlar bölməsinə 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir.
1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;
1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.