"Aqil Məmmədov Kəlbəcərin təbii sərvətlərinin talan olunmasında ermənipərəst şirkətlərin Beynəlxalq mühakiməyə verilməsini tələb etdi" - Nicat Ocaqlı
Amia.az saytının baş redaktoru Nicat Ocaqlı aktualtv.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir, işğal altında olan torpaqlarımızın taleyini məhz biz gənclər həll edib gələcək nəsillərə saxlamamalıyıq. Nikol Paşinyan kimi şərəfsizin Azərbaycanın hava təhlükəsizliyini də pozaraq Qarabağa gəlib orada müəyyən qıcıqlandırıcı tədbirlər keçirməsinə beynəlxalq qurumların göz yummasına ciddi narahat olan Nicat Ocaqlı qeyd edib ki, bütün beynəlxalq sənədlərdə Qarabağın, Kəlbəcərin və digər ətraf rayonların məhz Azərbaycana məxsus olduğu göstərilsə də, qəbul edilən beynəlxalq qətnamələrə əməl edilməməsi erməniləri daha da quduzlaşdırır, dünya ictimaiyyəti də kağız üzərində qalan və həyata keçməyən sənədlərin aqibətini düşünməli və erməni azğınlarına göz yummamalıdır.
"Kəlbəcər rayonundan seçilmiş deputat Adil Məmmədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi var və həmişə bunu əsas götürüb ermənilərə qarşı çıxış edə bilərik." Kəlbəcərin işğalı ilə əlaqədar olan bütün tədbirlərdə qətnamələrin yerinə yetirilmədiyini xatırladan deputatımız dünya dövlətlərinin Kəlbəcərin yeraltı və yerüstü sərvətlərinin talan olunmasına göz yummasına ciddi narazılığını bildirib.
Deputatlarımız dünya ictimaiyyətinə müraciət etmişlər : "Kəlbəcər qızılından hazırlanmış saatı taxmaqla işğalçıya dəstək olursunuz!"
Ermənistanla birgə "Frans Muller" saatlarını istehsal edən kompaniyanın rəhbəri, milliyyətcə erməni olan Vartan Sirmakes İsveçrədə 7 brend markanın, 14 istehsal müəssisəsinin sahibi, həm də İsveçrədəki erməni diasporonun əsas himayədarıdır. O, şirkətin Ermənistanda da nümayəndəliyini açıb və işğalçı ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Bu yaxınlarda kəlbəcərli gənclərlə onlayn görüş keçirən Aqil Məmmədov qeyd edib ki, hər birimizin peşəmizdən, siyasi baxışımızdan, tutduğumuz mövqedən asılı olmayaraq, müharibə şəraitində yaşayan bir millət kimi ərazilərimizin işğaldan azad olunması uğrunda birlik nümayiş etdirməliyik.
Millət vəkili doğru olaraq vurğulayır ki, istisuyumuzu alan, qızılımızı istifadə edən, civə zavodundan yararlanan şirkətlərlə bağlı qəti addımlar atılmalıdır.
Nicat Ocaqlı sonda qeyd etdi ki, çox hörmətli millət vəkilimiz Aqil müəllimin tövsiyyə və təkliflərinə ciddi əməl edib, torpaqlarımızı hansı yolla olur, olsun, düşmən tapdağından azad etməliyik.