AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır

  • + A
  • - A
  • 13-09-2020, 12:00


    Afaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşayır.

    AzadMedia.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

    Xatırladaq ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.
    Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır
    Fotoda soldan sağa - Xalq artistinin oğlu Səmral Təhməzov, nəvələri Bəşir və Əhmədpaşa, həyat yoldaşı Əhməd Təhməzov.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR