AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxda xəstəxana bu görüntülərə görə cərimələndi - Video

  • + A
  • - A
  • 19-09-2020, 16:00

    Yevlaxda xəstəxana bu görüntülərə görə cərimələndi - Video


    Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.

    Bu barədə “Qafqazinfo”ya Yelvax Mənzil Kommunal İstehsalat Birliyindən bildirilib. Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib:

    “Yevlaxda fəaliyyət göstərən tibb ocağında işlənmiş tibbi vasitələr xəstəxananın ərazisinə atılaraq üfunət, təhlükə yaratmışdı. Məhz pandemiya dövründə bu cür hadisənin baş verməsi ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdu. Ərazinin antisanitar vəziyyətdə qalmasına səbəb isə xəstəxanın Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi idi. Məsələ mediada işıqlandırıldıqdan sonra problem öz həllini tapdı. Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, təhlükə saçan yer dezinfeksiya edilib.

    Artıq bir neçə ay idi ki, sözügedən xəstəxana idarə ilə müqavilə bağlamaqda imtina etsə də ərazi əməkdaşlarımız tərəfindən işin dəyəri ödənilmədən təmizlənirdi. Yalnız son 15 gündür ki, ərazi təmizlənmədiyindən orada tullantı yığını çoxalaraq riskli vəziyyət yaratmışdı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR