Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Bu barədə Təhsil Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir.
Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.