Deputat: “Azərbaycanın uğurlu enerji siyasəti Ermənistanı dalana dirəyib”
Həyata keçirilən neft-qaz layihələri Azərbaycan dövlətinin güclənməsinə, qüdrətlənməsinə, təhlükəsizliyinin təmin olunmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, dünyadakı mövqeyinin möhkəmlənməsinə və qarşısında duran problemlərin həllinə xidmət edir.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir: “Prezident İlham Əliyevin uğurlu həyata keçirdiyi neft strategiyası nəticəsində əldəe dilən gəlirlərin iqtisadiyyatımızın şaxələndirilməsinə, insan kapitalına çevirərək ölkənin yeni sıçrayışlı inkişafını, insanlaırn sosial rifah halında yaşamasını təmin edən yeni bir mərhələni yaşmaqdayıq. Cənab Prezidentin də bəyan etdiyi kimi, əsas hədəf Azərbaycan sosial rifahın təmin edildiyi bir ölkə çevrilməsidir. Ölkə başçısı də bütün fəaliyyətini məhz bu istiqamətə yönəldib və qısa zamanda insanlarımız sosial rifahın hökm sürdüyü Azərbaycanda yaşasınlar.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal çağrışlara zamanında çevik reaksiya verərək həyata keçirilən enerji, iqtisadi, kommunikasiya layihələri nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, tranzit yükdaşıma, logistika, kommunikasiya qovşağına çevrilməkdədir. Bununla da Azərbaycan təkcə neft-qaz ixracaatçısı rolunda deyil, eyni zamanda karbohidrogen ehtiyatlarının dünyaya bazarına çıxaran etibarlı enerji dəhlizi rolunu oynamaqdadır. Əldə edilən gəlirlərin həm xalqın rifah halında yaşamasına yönəldilməklə yanaşı, dövlətin qüdrətini artırıb, beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirmək üçün digər sahələrə aid olan nəqliyyat layihələri, tranzit yükdaşıma layihələrini həyata keçirməkdədir. Bakı-Tiflis –Qars dəmiryol xətti layihəsinin reallaşdırılması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin icrası Azərbaycanı bütövlükdə böyük coğrafiyaya malik Avrasiyada ciddi bir logistik qoşağa çevrilib. Qərbdən Şərqə, Cənub-Şəqri Asiya ölkələrinə və əksinə, Cənubdan Şimala yüklər daşınmaqdadır. Qədim Böyük İpək Yolunun əsas ötürücü ölkəsinə çevrilib. Bu da Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qataraq, beynəlxalq aləmdəki rolunu və əhəmiyyətini daha da artırır”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, bu layihələrin ən əsas məqamlarından biri də cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Ermənistanın təcavüzkar siyasətinə qarşı iqtisadi blokadanı tətbiq etməklə, bu ölkəni regional layihələrdən məhrum etməsi oldu: “Məhz bu yürüdülən uzaqgörən siyasət nəticəsində Ermənistan regional layihələrdən kənarda qalmaqla əhəmiyyətsiz bir ölkəyə çevrildi. Hətta Ermənistanın müttəfiqi olan dövlətlər birgə nəzərdə tutduqları layihələrin icrasından imtina etməli oldular və ya təxirə salmalı oldular. Onsuz da işğalçı siyasəti ilə dalana dirənən Ermənistan, iqtisadi layihələrdən məhrum olmaqla daha da çıxılmaz duruma salıb. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan və Türkiyə ilə heç bir siyasi, diplomatik, iqtisadi münasibətlərdən məhrum olduğundan ciddi sıxıntılar çəkirdi. İqtisadi blokada isə Ermənistanın üzləşdiyi durumu daha da dərinləşdirdi. Bunun nəticəsidir ki, işğalçı Ermənistanda son illərdə sosial-iqtisadi, siyasi, hakimiyyət böhranının yaşanmasının şahidi olmaqla, beynəlxalq aləmdə qeyri-sabit ölkə kimi tanınmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin işğalçı siyasət qarşı iqtisadi blokada siyasətini həyata keçirməsi nəticəsində bu gün ölkənin gələcəyi ilə bağlı optimist düşüncəyə malik olmadığından Ermənistanı sürətlə tərk etməkdədirlər. Bu da Ermənistanda əlavə bir böhrana – demoqrafik böhrana səbəb olub. Ermənistan hökuməti bunun qarşısını almağa cəhd etsə də, bu siyasət nəticəsini vermir. Ermənistan hakimiyyəti bu məqsədlə hətta Yaxın Şərq ölkələrindən olan erməniləri bu ərazilərə köçürsələr də belə, bir müddətdən sonra bu ölkədə yaşamağın mənasız olduğunu başa düşüb, qaçmağa üz tuturlar. Suriya, İraqın münaqişə bölgələrindən gələn ermənilər bir müddətdən sonra, hətta gəldikləri münaqişə bölgələrində yaşamağa qayıtmaq üçün belə razı olurlar, nəinki Ermənistan adlı coğrafi məkanda. Çünki buranın sabahını görmürlər. Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır. Yerli erməni əhalisi ancaq miqrant ailə üzvləri və yaxınlarının hesabına yaşayır. Bir yandan Ermənistanın qonşularına, xüsusən də Azərbaycan qarşı ərazi iddiası və işğalçılıq siyasəti, digər tərəfdən isə iqtisadi blokada bu ölkəni tamamilə təcrid vəziyətinə salıb. Bu da əslində forpost olan Ermənistanın formal müstəqilliyinin sabahını sual altına alır.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.Həyata keçirilən bu layhələrdən təkcə Azərbaycan deyil, o cümlədən region ölkələri, xüsusən də Gürcüstan ciddi şəkildə bəhrələnməkdədir.
Ermənistan isə artıq işğalçılıq siyasətinin acısını çəkməkdədir. Onsuz da Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsini verməyəcək. Ermənistan həyata keçirdiyi işğaçılıq siyasətinin cəzasını mütləq və mütləq formada artıqlaması ilə alacaq. Çünki Azərbaycan günü- gündən qüdrətlənir və həyata keçirdiyi enerji, iqitsadi layihələr nəticəsində beynəlxalq aləmdəki mövqeyi möhkəmlənir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, bölgədə regional balans Azərbaycanın xeyrinə dəyişib. Bura Türkiyə ilə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması əlavə etsək, o zaman yaranmış vəziyyəti anlamaq elə də çətin deyil. Odur ki, cənab Prezidentin son “Qarabağ” və “Abşeron” yatağını istismara verməsi və bu istiqamətdəki səylər məhz bu məqsədlərə xidmət edir. Cənab Prezident “Qarabağ” yatağının istismarı üçün hazırlanan dayaq blokunun dənizə buraxılması mərasimində çıxışı zamanı təsadüfən demədi ki, bu həmdə bir rəmzi məna daşıyır. “Qarabağ” yatağının istismarı, həm də Qarabağa gedən yoldur. Bunu ermənilər nə qədər tez dərk edib, tutduqları yanlış yoldan dönsələr, bir o qədər onların xeyrindədir. Bir misal var, deyərlər: “Ziyanın yarısından qayıtmağın da bir faydası var”. Əks təqdirdə hərtərəfli uduzan Ermənistan olacaq. Azərbaycan işğalla barışmayacaq və torpaqlar işğaldan azad olunacaq. Son olaraq onu deyə bilərik ki, uğurlu enerji siyasəti torpaqlarımızın işğaldan azad olunmasında da öz müstəsna rolunu oynayacaq. O gün elə də uzaqda deyil!”