AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ordusu Xocalını vurub

  • + A
  • - A
  • 6-10-2020, 13:38

    Azərbaycan Ordusu Xocalını vurub


    Ordumuzun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən ermənilərə məxsus mərkəzi silah-sursat anbarı məhv edilib.

    Ballıca Xocalı rayonunun inzibati ərazi vahidliyinə daxildir. Ermənilər oranı “Ayqestan” adlandırır.

    1992-ci ildən Ermənistan slahlı qüvvələrinin işğalı altındadır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı isə 1091 nəfər təşkil edirdi.

    Xocalı rayonunun sözügedən kəndi Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Adını ərazidəki eyniadlı çaydan alıb.

    Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR