AzadMedia.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla görüşü zamanı, "Dağlıq Qarabağda atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmalara tam əməl olunmur" deyib.
Belə ki, o bildirib ki, ötən cümə və şənbə günləri azərbaycanlı nazirlə birgə danışıqlar keçirilib:
“Prezident Vladimir Putinin təşəbbüsü ilə vacib razışlaşma əldə olunub. Biz görürük ki, bu razılaşmaya hələlik tam şəkildə, əməl olunmur və döyüş əməliyyatları davam edir”.
Nəzərinizə çatdıraq ki, nazir ümidvar olduğunu bildirib, Rusiyanın Azərbaycan və Ermənistanla təmasları Dağlıq Qarabağ tənzimlənməsi üzrə Moskvada üçtərəfli formatda şənbə gecəsi əldə olunmuş razılaşmaların tam icrasına xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.