AzadMedia.az xəbər verir ki, Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.
Belə ki, jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşıb.
Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.
Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərir ki, Yerevan cəbhədəki real itkilərini gizlətməyə çalışır.
Qeyd edək ki, Fotolar dərc olunduqdan sonra A.Kots onları dərhal silib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.