AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır

  • + A
  • - A
  • 2-11-2020, 19:20



    Ermənistan tərəfi daha iki rütbəli şəxsinin məhv edildiyini açıqlayıb.

    11 nəfərdən ibarət siyahıya separatçı rejimin “müdafiə nazirinin müavini” və “Müdafiə ordusu Komandanı”nın müavini, polkovnik Artur Sarkisyan “başçılıq edir”. Onun Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bildirilib.

    Qeyd edək ki, 45 yaşlı polkovnik Artur Sarkisyan iyulun 4-də qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandanının müavini təyin edilmişdi.

    Həmçinin, açıqlanan 11 nəfərlik siyahıda Sergey Şakaryanın da adı var. Şakaryan Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisidir. 46 yaşlı polkovnikə oktyabrın 4-də qondarma respublikanın prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adı verilmişdi.

    Bundan əvvəl Ermənistan mətbuatı oktyabrın 27-si səhər saatlarında qondarma respublikanın keçmiş komandanı, general-leytenant Cəlal Harutyunyanın yaralandığını açıqlamışdı. Bu üzdən o, vəzifəsindən uzaqlaşdırılıb və onu Mikael Arzumanyan əvəzləyib.

    Onu da bildirək ki, ermənilər rəsmi olaraq itkilərinin sayını 1177 hərbçi göstərsə də, düşmənin itkilərinin sayı 10 minlərlədir. Artıq Ermənistan tərəfi dəfələrlə itkilərini gizlətməyə çalışdığını sübuta yetirib. Məsələn, Sergey Şakaryanın məhv edilməsi xəbərini Azərbaycan Müdafiə Nazirliyi hələ oktyabrın 27-si səhər saatlarında - yəni bir həftə əvvəl bəyan etmişdi.

    Artur Sarkisyanın isə hərbçilərimiz tərəfindən öldürülməsi xəbərini Müdafiə Nazirliyi oktyabrın 29-da, yəni beş gün əvvəl bildirmişdi. Həmçinin həmin məlumatda nazirlik bəyan etmişdi ki, 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilib, artilleriya idarəsinin polkovnik-leytenantı B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR