Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.