Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.
Bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.
Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.
“Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan Silahlı Qüvvələrinin xeyrinə dönüb”, - “Le Monde” yazır.