Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət müqaviləsinin niyə indi bağlandığını açıqlayıb.
Bu barədə feysbukda canlı yayımda açıqlama verib. Qeyd edib ki, sülh razılaşması Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasını əhatə etdiyi üçün hərbi əməliyyatların başlanğıcında imzalanmayıb.
Paşinyan Prezident İlham Əliyevin gücü qarşısında aciz qaldığını, heç bir yolla Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı razılaşmaya məcbur edə bilmədiyini etiraf edib:
“Biz belə bir addım ata bilməzdik. İnanırdıq ki, biz yox, qarşı tərəfi atəşkəsə razı olmağa məcbur edə bilərik. Təəssüf ki, bu baş vermədi”,- deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, müharibənin qaçılmaz olub-olmadığını anlamaq lazımdır:
“Müharibədən qaçmaq üçün yalnız bir yol var idi - Qarabağın statusu müəyyən edilmədən ilk olaraq beş bölgənin qaytarılması. Təəssüf ki, 1994-95-ci ildən bəri yalnız bir şey aydın idi - yeddi bölgə Azərbaycana qaytarılmalı idi. Bu, danışıqlarda yeganə aydın tezis idi”.
Paşinyan qeyd edib ki, 25 illik danışıqlarda xalqların öz müqəddəratını təyinetmə və Qarabağın statusunun nə olduğunu aydınlaşdırmaq mümkün olmayıb.
“Və bu müddət ərzində Azərbaycan maliyyə və hərbi imkanlarını artırdı. Sonra Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənarda statusu məsələsini danışıqlar gündəliyindən çıxardı. Tək konkret tezis Qarabağ ətrafındakı bölgələrin qaytarılması idi”,- deyə Paşinyan əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.