AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyevin Azərbaycan dili ilə bağlı MÖHTƏŞƏM SÖZLƏRİ - VİDEO

  • + A
  • - A
  • 5-11-2018, 13:36

    Heydər Əliyevin Azərbaycan dili ilə bağlı MÖHTƏŞƏM SÖZLƏRİ - VİDEO
















    Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Məqsəd dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir.

    Prezident İlham Əliyevin dilimizlə bağlı həyata keçirdiyi bu uğurlu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayıb. Ulu öndərin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Ümummili lider çıxışları zamanı da Azərbaycan dilinin qorunması ilə bağlı dəyərli fikirlər söyləyib.

    Ümummili liderin Azərbaycan dili ilə bağlı fikirlərini təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR