Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvlərinin yeni tərkibi təsdiq edilib.
Bu barədə Təhsil naziri Emin Əmrullayevin əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında” əmrinin birinci hissəsində “Şuranın üzvləri” yeni tərkibdə təsdiq edilib.
Şuranın üzvləri - TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.
Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.