Bu gün 26.11.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən bir çox müəssisə, təşkilat rəhbərləri ilə birlikdə "Azərbaycanın zəfər tarixi " adlı videokonfrans təşkil edildi. Videokonfransı açıq elan edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev bütün tədbir iştirakçılarını salamladı və bütün xalqımızı, həmçinin mədəniyyət işçilərini qazanılan qələbə münasibətilə təbrik etdi. O, bu qələbənin qazanılmasında öz canlarını vətən uğrunda fəda etmiş şəhidlərimizə borclu olduğumuzu vurğuladı və hər kəsdən bir dəqiqəlik sükutla yad edilməsini istədi. Daha sonra çıxışına davam edərək bu gün torpaqlarımızın xüsusilə Ağdamın, Kəlbəcərin siyasi müstəvidə həllini taparaq bir şəhid vermədən işğaldan azad olunmasında cənab Ali baş komandan İlham Əliyevin müstəsna xidmətlərinin nəticəsi olmağından geniş bəhs etdi.
Daha sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bu gün Azərbaycan ordusunun bu qədər güclü olmasınin ulu öndər Heydər Əliyevin zamanında qurduğu düzgün siyasətin nəticəsi olduğunun,Qarabağın işğaldan azad olunmasının xalqımız üçün böyük əhəmiyyətindən danışdı. O öz çıxışında bildirdi ki, Qarabağın qaytarılması 200 illik tariximizdə yazılan ilk qələbə kimi tarixə düşdü. Bu qələbə xalqın birliyini, öz ölkə başçısı ətrafında bir yumruq kimi birləşməyi, düşməni əzməyin mümkünlüyünü bizlərə göstərdi.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əliyeva Elmira öz çıxışında xalqımızın bu günkü Qələbəsinin nə qədər əhəmiyyətli olmasından, Mircəlal Paşayev adına muzeyin direktoru İbayeva İradə Azərbaycanın bölgədə enerji nəhəngi olmasından, Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Tağıyeva Şəlalə xalqda yaranmış ruh yüksəkliyindən, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İsgəndərova İlknur İlham Əliyevin apardığı böyük siyasətdən, Samux MKS-in direktoru Abdullayeva Şəhla ordudaki ruh yüksəkliyindən, Xocalı şəhər 3 saylı uşaq Musiqi Məktəbinin direktoru Hümbətov Rüstəm Qarabağın azad edilməsindən mövzu ətrafında geniş çıxış edildi. Tədbirin sonunda Azərbaycanın ali baş komandanina və şanlı Azərbaycan ordusuna bu zəfəri bizə yaşatdığı üçün dərin təşəkkür və minnətdarlıq bildirildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.