AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fransa Senatının bədnam qətnaməsi erməni mənafeyinə xidmət edir” Məşhur Məmmədov

  • + A
  • - A
  • 30-11-2020, 13:11

    “Fransa Senatının bədnam qətnaməsi erməni mənafeyinə xidmət edir” Məşhur Məmmədov


    “Fransa Senatının qəbul etdiyi qətnamə bu ölkənin parlamentarilərinin cılız erməni mənafeyinə xidmət etdiklərini göstərdi. Bunun da səbəbi, görünür, Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı”.

    Bu fikri AzadMedia.az a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirərək deyib.

    Deputat bildirib ki, bu ölkə indi də noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulması, ermənilərin yenidən qarşıdurmalara, müharibəyə getmələri üçün əlindən gələni edir: "Ancaq bir həqiqəti anlamır ki, Fransanın son iki ayda etdiyi bütün cəhdlər axırda ona gətirib çıxaracaq ki, Qarabağda qalan beş-on min tör-töküntü millətçi erməni də bezib bu torpaqlardan rədd olub gedəcək. Xüssilə də, Fransanın bu gün Makronun rəhbərliyi ilə sərgilədiyi ermənipərəst mövqeyi, Azərbaycanın haqq, ədalət işinə qarşı apardığı siyasət birbaşa sülhə təhlükədir. Belə olan halda, Fransa Dağlıq Qarabağ münaqişəsilə bağlı bitərəf mövqe tutduğunu nə qədər iddia etsə də, bu ölkənin əslində ermənipərəst siyasət yeritməsi istər-istəməz özünü büruzə verir".

    "Ermənistan–Azərbaycan münaqişəsinin 30 ildən çox davam etməsinin əsas səbəblərindən biri də erməni terroruna, barbarlığına, törətdikləri soyqırımı aktlarına və işğalçı siyasətinə beynəlxalq birliyin laqeyd münasibəti, sanksiyalar tətbiq etməməsi olub",-deyən millət vəkili onu da deyib ki, hətta münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT–in Minsk qrupunun həmsədrlərinin də 30 il ərzində Ermənistan ordusunun törətdiyi vəhşiliyə, dinc əhalini qətlə yetirməsinə, yaşayış məntəqələrini yararsız hala salmasına ciddi münasibət bildirməməsi təcavüzkarları daha da həyasızlaşdırdı: "Sentyabrın 27–də ölkəmizə qarşı müharibəyə başlayan Ermənistan dinc əhalini ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş silahlardan atəşə tutanda, yüzlərlə dinc əhalini qətlə yetirəndə, yaralayanda, evindən-eşiyindən edəndə, həmçinin yüzlərəl mülki obyekti, çoxmənzilli yaşayış binasını yararsız hala salanda da beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu “dur!” demədi. Ancaq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü, igidliyi ilə təcavüzkara layiq olduğu yeri göstərdi. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən Ermənistan silahlı qüvvələri də diz çökdü və məğlub olduqlarını rəsmən etiraf etdi".

    M.Məmmədov qeyd edib ki, görünür Ermənistanın məğlubiyyətinin acısı ermənilərdən daha çox Fransa senatorlarını “kədərləndirdiyi” üçün noyabrın 18-də erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası"nın tanınmasının zəruriliyinə dair” təqdim olunan qətnamənin tələm-təlsik noyabrın 25-də müzakirə edilərək qəbul olunmasına çalışıblar: “Bu qətnamə, ilk öncə bu ölkənin parlamentarilərinin cılız erməni mənafeyinə xidmət etdiyini və alətə çevrildiyini bir daha təsdiqlədi. Bu da faktdır ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürsə də, 30 ildir ki, bu istiqamətdə heç bir müsbət addım atılmayıb. Hətta Fransa Senatı ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən birinin - Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin yaxın günlərdə, hətta Ermənistanın belə qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımadığını belə xatırlatmasını da “unudub”. Putin açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Sözsüz ki, təcavüzkar, faşist xislətli Ermənistanın baş naziri Nikol Paşinyan- Fransanın Prezidenti Emmanuel Makronun mövqeyləri üst-üstə düşdüyü üçün bu xəbərdarlığı xatırlaya və eşidə bilmir. Ancaq Makron anlamır ki, Fransa Senatının həm ölkəsinin maraqlarına, həm də beynəlxalq hüquq normalarına zidd olan qətnaməni qəbul etməklə beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə ziddiyyət təşkil edir”.

    “Fransa artrıq özünün əsl ermənipərəst simasını gizlədə bilmir”, - deyən M.Məmmədov bildirib ki, Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi, həmçinin ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir: “Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir və açıq-aydın hiss olunur ki, Fransa işğalçının yanındadır. Həmçinin Minsk qrupu həmsədri kimi, Fransa vasitəçilik missiyasını yerinə yetirmir, hər cəhdlə erməniləri qorumağa, mühafizə etməyə çalışır, qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatları ilə Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacağını sübut etmək istəyir. Ancaq qəbul olunan bəyanatlar, mənasız istəkləri elə istək olaraq qalıb və bundan sonra da mənasız qətnamələr olaraq adi kağızlar kimi cırılıb zibil yeşiklərinə atılacaq. Digər bir məqam isə, Makronu daha çox narahat edən məsələ Türkiyənin bu savaşda iştirak etməsidir və Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir. Bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması, təbii ki, Makronu daha ciddi narahat edir”.

    M.Məmmədov həmçinin onu da vurğulayıb ki, hər kəs, eləcə də faransızlar bilməlidir ki, Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır: "Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində öz sözünü dedi və igid oğullarımızın qanı, canı bahasına öz ərazi bütövlüyünü təmin etdi. Noyabrın 25-də Fransa Senatında müzakirəyə çıxardığı və qəbul etdiyi o kağız parçasının isə heç bir təsiri yoxur. Çünki artıq Azərbaycan haqq işində qalib gəlib, istər Fransa siyasi dairələri, senatorlar, həmçinin ermənipərəst dairələr əmin ola bilərlər ki, onların ikili mövqeyi, riyakarlığı, işğalçıya dəstək vermələri və ağa qara demələri, habelə Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu kağız parçası Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla açıq-aydın beynəlxalq hüququn normalarına qarşı çıxış etməklə tam ermənipərəst mövqe nümayiş etdirir. Bir daha Azərbaycana qarşı işğalçılıq siyasətini sübut edir. Həmçinin, bu addımla BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Çünki həmin qətnamələrə səsverən Fransa olub və bu gün isə öz-özünü inkar edir. Ancaq onlar hər zaman xəyanətin cavabını alıblar və alacaqlar. Azərbaycan isə qalib ölkə, qalib xalqdır. Dövlət başçımızın dediyi kimi, “Qarabağ Azərbaycandır! və nida! işarəs”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR