AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Haber Global” ümummilli liderin anım günü ilə bağlı video hazırladı: “Vəsiyyəti yerinə yetirilən ata” - VİDEO

  • + A
  • - A
  • 12-12-2020, 14:00


    Azərbaycanın sevdalısı olan Heydər Əliyev vəsiyyəti yerinə yetirilən bir atadır... 12 dekabr, bu gün onun vəfatının ildönümüdür. Qarabağın işğaldan xilas olmasını istəyən Heydər Əliyevin ölümündən 17 il sonra vəsiyyəti yerinə yetirildi. İllər əvvəl qurduğu ordu gücləndi və bu müqəddəs vəzifəni yerinə yetirdi.

    Bu barədə “Haber Global”ın hazırladığı video materialda qeyd edilir.

    Bildirilir ki, 1993-cü ildə Heydər Əliyev ölkəsinin başına keçəndə Azərbaycanda vəziyyət ağır idi, Birinci Qarabağ müharibəsi davam edirdi, torpaqlar hissə-hissə işğal olunurdu. Bu vəziyyəti dəyişdirmək asan deyildi, Azərbaycan iqtisadi böhranla mübarizə aparırdı, ölkədə daxili qarışıqlıq yaranmışdı və ən əsası yeni müstəqil olan Azərbaycanın Ermənistanın hücumlarına müqavimət göstərmək üçün nizami ordusu yox idi.

    Təcrübəli siyasətçi Heydər Əliyev əvvəlcə ölkədəki xaosa son qoydu, sonra müharibəni dayandırdı və iqtisadiyyatı gücləndirməyə başladı.

    Dünyanın nəhəng neft şirkətləri ilə imzalanan əsrin müqaviləsi onun böyük mübarizəsinin qələbəsi idi. O, xarici investorların çökmüş bir ölkəyə investisiya qoymalarına imkan verdi. Heydər Əliyev neft gəlirlərinin çox hissəsini orduya yönəltdi. Azərbaycan artıq nizami bir orduya sahib idi və günbəgün daha da güclənirdi. Qarabağı xilas etmək məsələsi əslində o vaxt başlamışdı. Heydər Əliyev tez-tez problemləri birbaşa yerindəcə həll edərək cəbhəyə gedirdi.

    Heydər Əliyev 80 yaşında, 12 dekabr 2003-cü ildə ABŞ-da Klivlend Klinikasında vəfat etdi. Gələcəyə ümidlə baxan, sürətlə inkişaf edən iqtisadiyyata sahib olan dövlət və doğru strategiya miras qoydu... Bu strategiyanı davam etdirmək üçün öyrətdiyi gənc bir siyasətçi...

    Əliyev oğluna vəsiyyət etmişdi ki, Qarabağı, xüsusən Şuşanı işğaldan qurtarsın. Şuşada qələbə qazandığı gün İlham Əliyev əvvəlcə müjdəni atası ilə bölüşdü, sonra ictimaiyyətə açıqladı.

    İlham Əliyev qələbəni bu sözlərlə elan etdi: “Mən xoşbəxt bir insanam, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim”.

    O gün Azərbaycan xalqı sevincdən göz yaşlarına boğuldu və ilk dəfə Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyətini öyrəndilər. Bu vəsiyyət onun ölümündən 17 il sonra yerinə yetirildi. Bir atanın başlatdığı tarixi oğlu döyüşdə zəfərlə taclandırdı.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR