Azərbaycan polisi Xocavənddə postlar qurdu - FOTO
Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xocavənd rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.
Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.