AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

16 yaşından könüllü kimi fəaliyət göstərən əslən Masallıdan olan Aygün Hüseynova vətən müharibəsində həm də arxa cəbhədə döyüşürdü

  • + A
  • - A
  • 25-12-2020, 14:06



    16 yaşından könüllü kimi fəaliyət göstərən əslən Masallıdan olan Aygün Hüseynova vətən müharibəsində həm də arxa cəbhədə döyüşürdü

    Biz ölkə olaraq ön cəbhədə daim güclü olmuşuq, lakin sosial müharibədə daha zəif qalırdıq. Təbiki Azərbaycan gəncliyi bunun qarşısında sakit qala bilməzdi. Iyul ayında bir çox insana sosial müharibə adi görünürdü, mən özüm təbiki yazılarımla sosial müharibə aparırdım, amma kütləvi şəkildə bu işin təşkilini yaxın dostlarım başlatdı, mən də onlara qoşuldum 10 nəfər gənclə kiçik WhatsApp qrupunda başlayan bu kiçik hərəkat daha sonra 750 gəncə çatdı. İnsanlarda olan ruh yüksəkliyi kütlənin tez bir vaxtda böyüməsinə gətirdi, təbiki bu bizə olan inam idi, 10 gənc 2 ay içində 45 min kütləyə çatdı. 14 dildə kontent hazırlandı, çəkilişlər, xariclə əlaqələr, dezinformasiyanın qarşısının alınıb, düşmənə adekvat cavab tədbirləri görüldü, digər sosial müharibə aparan qurum və təşkilatlarla birlik olundu, bunlar komanda işidi, bizə Türkiyə, İsrail kimi ölkələrin gəncləri belə dəstək olurdu, onlarla əlaqə quran komanda yoldaşlarımız varkən bu işi mən gördüm demək absurddur, bu komanda işi idi, Azərbaycan gəncliyinin işi idi. Bir şuarımız vardı Bütün fərqliliklərimizi kənara ataraq Azərbaycan üçün bir olmaq çünki #Bizbirlikdəgüclüyük. Gəncə, Bərdə terror hadisələrinin işıqlandırılması işləri indi belə davam edir, çünki hələdə bunu görməzdən gələn beynəlxaq qurumlar var, biz Qarabağ və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışırıq, bir çoxu düşünür ki, iş artıq bitib, amma belə deyil, iş hələ indi başlayır! Biz bu işləri görərkən heç bir qarşılıq ummamışıq, Vətən bizim üçün hər şeydən öncə gəlir, bu komanda üzvləri təsadüf nəticəsində bir araya gəlib və bunu deyə bilərəm ki, Azərbaycan gəncliyinin ən gözəl nümunələridirlər. Bu komanda da olmaq mənim üçün şərəfdi. Və son olaraq Azərbaycan hər iki cəbhədə qalib gəldi! "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!"

    16 yaşından könüllü kimi fəaliyət göstərən əslən Masallıdan olan Aygün Hüseynova vətən müharibəsində həm də arxa cəbhədə döyüşürdü

    Aygün Hüseynova BSU-TƏLƏBƏSİ......

    Onu da qeyd edim ki, Aygün Hüseynova Masallınınsəsi.az xəbər portalına geniş müsahibə vermişdir. Növbəti yazımızda tanış olacaqsız.


    Masallınınsəsi.az
    Asya Əliyev
    Mərhəmət Lələyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR