İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev Bakıda müalicə aldığı hərbi hospitalda intihar edib.
Bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
Məlumata görə, Vüsal Musayev hospitalın hamamında özünü asıb.
Doğmalarının sözlərinə görə, 12 gün düşmən mühasirəsində qalan Vüsal Musayev ciddi sarsıntılar keçirib:
“Onun intihar edəcəyi ilə bağlı narahatlıq var idi. Bunu hospital rəisinə və həkimlərə demişdik. Bildirmişdilər ki, özünə qəsd etməsi üçün imkan yoxdur. Yaralı olmaqla yanaşı, həm də əsəb pozğunluğu yaranmışdı. Deyirdi ki, yaşamaq istəmir”.
Qeyd edək ki, Vüsal Musayev Prezident tərəfindən “Cəsur döyüşdü” medalı ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.