AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Ələsgərov: “Prokurorluqda geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub”

  • + A
  • - A
  • 11-02-2021, 10:54



    Prokurorluğun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub.

    Bu sözləri Prezidentinin köməkçisi və Prezidentin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

    O bildirib ki, həyata keçirilən islahatlar nəticəsində prokurorluq əməkdaşlarının vəzifə maaşları iki dəfə artırılıb:

    “Prezident daim prokurorluğun maddi texniki bazasının gücləndirilməsinə diqqət ayırıb. Bu gün yeni inzibati binanın ən müasir texnologiyalara cavab verəcək şəkildə hazırlanması da buna nümunədir. Prokurorluq orqanlarının vəzifəsi qanunvericiliyin keşiyində durmaqdır”.

    Onun sözlərinə görə baş prokurorun təklifi ilə qanunvericilik sahəsində də dəyişiklik ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR