AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini keçirəcək

  • + A
  • - A
  • 17-02-2021, 21:00



    Vətən müharibəsi zamanı Şuşanı işğaldan azad ediləcəyindən qorxuya düşən ermənilər bir sıra talançılığa əl atıblar. Bunlardan biri də 2020-ci ilin noybar ayının 1-də Şuşadan aparılan qədimi xalçalarla bağlıdır.

    Azadmedia.az xəbər verir ki, ermənilərin oğurluğa əl atdığını Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında təsdiqləyib.

    Sitat: “Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1-də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır”.

    Məsələ ilə bağlı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələrimizdir: 

    "Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir.

    Xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

    Ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan toxumunu dünyaya yaymağa nail olmuşlar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcavüzdür".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR