AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

  • + A
  • - A
  • 19-02-2021, 20:15

    Son günlər yoluxanların sayında azalma dinamikası davam etsə də, sərtləşmələrlə bağlı fikirlər də səsləndirilir. Belə ki, mart ayında karantin rejimində yenidən sərtləşmələrin olması ilə iddialar var. Novruz bayramında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

    Dosent Ədalət Rüstəm bildirib ki, Novruz bayramına kimi karantin rejimi yenidən sərtləşə bilər:

    "Mart ayında bayramlar çox olduğu üçün, karantin rejiminin sərtləşdirilməsi gözələniləndir. İnsanlar bayram günlərində karantin rejiminə baxmayaraq yenə də bir-birilərinin evinə gedib gəlirlər. Bayram günlərində yoluxma və ölüm saylarının artmaması üçün yenidən məhdudiyyətlər ola bilər. Əlbəttə vaksinasiyadan və insanlarımızın 3 qızıl şərtə əməl etməsindən də çox şey asılı olacaq. Sevincidirici haldır ki, insanlarımız qaydalara əməl edirlər. Demək olar ki, əvvəlki dövrlə müqayisədə maskasız insan yoxdur. Qapalı yerlərdə də insanlarımız maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, əldə edilən müsbət nəticəni qorunmaq məqsədilə martda bayramlara görə sərtləşmələrə gedilə bilər"./Sonxeber.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR