Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.
AzadMedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.
***
"Azərişıq"dan "Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən transformator "Azərişığ"ın balansında deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.